Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabın 2 kəndində yem emalı sexi istifadəyə verilib

18 oktyabr 2017 | 16:00

Zərdab rayonunun Gödəkqobu və Dəli Quşçu kəndlərində tikilmiş yem emalı sexlərinin açılışı münasibətilə tədbirlər keçirilib. Tədbirlərdə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD), ABŞ-ın ölkəmizdəki səfirliyinin, Şərq-Qərb İdarəetmə İnstitutunun (EWMİ), Zərdab Rayon İcra Hakimiyyətinin, yerli özünüidarəetmə orqanlarının və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Layihə USAİD və Azərbaycan hökuməti tərəfindən birgə maliyyələşib və Azərbaycan Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) proqramı çərçivəsində Şərq-Qərb İdarəetmə İnstitutu (EWMİ) tərəfindən icra olunub.
Tədbirdə qeyd edilib ki, layihə kənd sakinlərinin heyvandarlıq və əkinçilik fəaliyyətinə müsbət təsir göstərəcək. Yeni yem emalı sexlərinin istifadəyə verilməsi baha olmayan qidalı yem çatışmazlığını aradan qaldıracaqdır.
Kənd sakinləri çıxış edərək göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və layihənin icraçılarına minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən istinad olunmalıdır.

Keçidlər