Şriftin ölçüsü :

Saytın rəngi :

ZƏRDAB RAYONUNDA DEMOQRAFİK VƏZİYYƏT

24 oktyabr 2017 | 16:00

Zərdab rayonunun ərazisi 0,86 min kv.km olmaqla əhalinin sıxlığı (1 kv.km-ə düşən əhali) 67 nəfərdir. Zərdab rayonunda  cəmi 42 olmaqla 1 şəhər, 1 qəsəbə, 40 kənd yaşayış məntəqəsi mövcuddur.  2017-ci ilin 9 ayı ərzində Zərdab rayonunun əhalisinin sayı 281 nəfər və ya 0,5 faiz artaraq 57964 nəfərə çatmışdır. Əhalinin 20,4 faizi şəhər, 79,6 faizi isə kənd yerlərində yaşayır.
Cari ilin doqquz ayı ərzində Zərdab  rayon əhalisinin 29040 nəfər və ya 50,1 faizini kişilər, 28924 nəfər və ya 49,9 faizini qadınlar təşkil edir.
9 ay ərzində rayonda 550, hər gün orta hesabla 2 körpə doğulmuşdur  ki, onların da 13,3 faizi şəhərdə, 86,7 faizi isə kənd yerlərində qeydə alınmışdır. Rayon üzrə təbii artım 239 nəfər olmuşdur. Orta hesabla bir qadına bütün ömrü boyu  2,2 doğulmuş uşaq düşür və əhalinin təkrar istehsalı təmin olunur.
2017-ci ilin yanvar-sentyabr aylarında Zərdab rayonunda 311 ölüm qeydə alınmışdır. Bundan 4 nəfəri 1 yaşa qədər ölüm olmuşdur. 1-yaşa qədər ölümün hamısı kənd yerlərində qeydə alınmışdır. 1-4 yaşda - 3,  20-24 yaşda - 4,  30-34 yaşda - 3, 35-39 yaşda - 5, 40-44 yaşda - 3, 45-49 yaşda - 12, 50-54 yaşda - 13, 55-59 yaşda - 17, 60-64 yaşda - 20, 65-69 yaşda - 25, 70-74 yaşda - 26, 75-79 yaşda - 58, 80-84 yaşda - 58, 85 yaşdan yuxarı - 60 nəfər ölüm halı qeydə alınmışdır. Keçən ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı 4,9-dan 5,4-ə qədər artmışdır. Ölümün əsas səbəbləri qan dövranı sisteminin xəstəliklərindən, yenitörəmələrdən, həzm sisteminin xəstəliklərindən və tənəffüs orqanlarının xəstəliklərindən ibarət olmuşdur.
Doqquz ay ərzində rayon üzrə 221 nikah və 55 boşanma halı qeydə alınmışdır. Birinci nikaha daxil olanların rayon üzrə orta yaş həddi kişilər arasında 27,6, qadınlar arasında isə 23,7 yaş təşkil edir.
Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən Zərdab rayonuna daimi yaşamaq üçün 85 nəfər gələn olmuşdur ki, bu göstərici şəhər yerlərində 18,8 faiz,  kənd yerlərində 81,2 faiz təşkil etmişdir. Rayon üzrə miqrasiya artımı 42 nəfər olmuşdur.

Zərdab rayon Statistika İdarəsi

© Materiallardan istifadə edərkən istinad olunmalıdır.

Keçidlər