Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda heyvandarlıq sahəsi sürətli inkişaf yolundadır

02 noyabr 2017 | 16:00

Rayоn üzrə iqtisadiyyatın bütün sahələrində olduğu kimi kənd təsərrüfatı sahəsinin də  davamlı inkişafı təmin оlunmuşdur. Hazırda əhalinin heyvandarlıq məhsullarına olan tələbatını daxili istehsal hesabına ödəmək məqsədi ilə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Bu məqsədlə sahibkarlara lizinq yolu ilə güzəştli şərtlərlə yüksək məhsuldar damazlıq heyvanların satılması işi davam etdirilir, heyvanlar arasında aparılan süni mayalanma tədbirləri genişləndirilir. Rayonda əvvəlki illərə nisbətən heyvandarlığın inkişaf səviyyəsi artıb. Bu səbəbdən ət, süd yumurta istehsalının həcmi də ötən dövrlərlə müqayisədə daha çox olub.  Hazırda rayonda (01 oktyabr 2017-ci il vəziyyətinə) 54628 baş iri buynuzlu, 113361 baş xırda buynuzlu heyvan var. 2017-ci ilin doqquz ayı ərzində ət istehsalı 33049 sentner, süd istehsalı 166243 sentner, yumurta istehsalı 6 milyon 117 min ədəd, yun istehsal 1786 sentner təşkil edib. Ötən ilin müvafiq dövrünə nisbətən ət istehsalı 34 sentner, süd istehsalı 188 sentner, yumurta istehsalı  2 min ədəd, yun istehsalı 127 sentner artmışdır.
Cins maldarlığın inkişaf etdirilməsi istiqamətində rayonda mühüm tədbirlər həyata keçirilmişdir. Mal-qaranın cins tərkibini yaxşılaşdırmaq məqsədilə rayonda 16 süni mayalama məntəqəsi yaradılmışdır. 2017-ci ilin 9 ayında 1766 baş inək və düyələrdə süni mayalanma aparılmış, 625 baş sağlam bala alınmışdır ki, bunun da maldarlığın inkişafına böyük təsiri olmuşdur.
Mal-qaranın  yemə olan tələbatını ödəmək məqsədi ilə yonca sahələri 18612 hektara çatdırılmışdır. Cari ildə 118618 ton ot istehsal olunmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən  422 ton çoxdur.

Zərdab Rayon Statistika İdarəsi                                      
© Materiallardan istifadə edərkən istinad olunmalıdır.

Keçidlər