Şriftin ölçüsü :

Saytın rəngi :

PƏRAKƏNDƏ TİCARƏT DÖVRİYYƏSİ HAQQINDA

03 noyabr 2017 | 16:00

2017-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 15,3 faiz üstələyərək 53705,5 min manata bərabər olmuşdur. Ticarət dövriyyəsinin 30344,2 min manatını ərzaq məhsulları, 23361,3 min manatını qeyri-ərzaq məhsulları təşkil etmişdir.
Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 53,7 faizi ərzaq məhsullarının, 5,5 faizi içkilər və tütün məmulatlarının, 8,7 faizi toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 5,4 faizi elektrik mallarının, 4,7 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,9 faizi mebellərin, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 19,0 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.
2017-ci ilin yanvar-sentyabr aylarında istehlak məhsullarının 5,8 faizi hüquqi şəxs statuslu müəssisələr, 94,2 faizi fiziki şəxslər  tərəfindən satılmışdır.
Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 102,9 manat və ya 2016-cı ilin müvafiq göstəricisindən nominal ifadədə 12,9 manat çox olmuşdur.

Zərdab Rayon Statistika İdarəsi

© Materiallardan istifadə edərkən istinad olunmalıdır.

Keçidlər