Şriftin ölçüsü :

Saytın rəngi :

Heyvandarlıq sahəsi sürətli inkişaf yolundadır

08 fevral 2018 | 16:00

Rayоn üzrə iqtisadiyyatın bütün sahələrində olduğu kimi kənd təsərrüfatı sahəsinin də  davamlı inkişafı təmin оlunmuşdur. Hazırda əhalinin heyvandarlıq məhsullarına olan tələbatını daxili istehsal hesabına ödəmək məqsədi ilə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Bu məqsədlə sahibkarlara lizinq yolu ilə güzəştli şərtlərlə yüksək məhsuldar damazlıq heyvan satılması işi davam etdirilir, heyvanlar arasında aparılan süni mayalanma tədbirləri genişləndirilir. Rayonda əvvəlki illərə nisbətən heyvandarlığın inkişaf səviyyəsi artıb. Bu səbəbdən ət, süd, yumurta, yun istehsalının həcmi də ötən dövrlərlə müqayisədə daha çox olub. 
01 yanvar 2018-ci il vəziyyətinə rayonda 54678 baş iri buynuzlu, 113477 baş xırda buynuzlu heyvan var. 2017-ci il ərzində ət istehsalı 43744 sentner, süd istehsalı 319437 sentner, yumurta istehsalı 8075 min ədəd, yun istehsal 1786 sentner təşkil edib. Ötən ilin müvafiq dövrünə nisbətən ət istehsalı 12 sentner, süd istehsalı 94 sentner, yumurta istehsalı   min ədəd, yun istehsalı 127 sentner artmışdır.
Cins maldarlığın inkişaf etdirilməsi istiqamətində rayonda mühüm tədbirlər həyata keçirilmişdir. Mal-qaranın cins tərkibini yaxşılaşdırmaq məqsədilə rayonda 20 süni mayalama məntəqəsi yaradılmışdır. 2017-ci il ərzində 2244 baş inək və düyələrdə süni mayalanma aparılmış, 1183 baş sağlam bala alınmışdır ki, bunun da maldarlığın inkişafına böyük təsiri olub.
Mal-qaranın  yemə olan tələbatını ödəmək məqsədi ilə yonca sahələri 18612 hektara çatdırılmışdır. Cari ildə 118689 ton ot istehsal olunmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən  451 ton çoxdur.

© Materiallardan istifadə edərkən istinad olunmalıdır.

Zərdab Rayon Statistika İdarəsi

Keçidlər