Fevralın 12-də respublikamızın hər yerində olduğu kimi, Zərdab rayonunda da əhalinin növbəti kütləvi tibbi müayinəsinə başlanılıb
Zərdab, 12 fevral, AZƏRTAC
Fevralın 12-də respublikamızın hər yerində olduğu kimi, Zərdab rayonunda da əhalinin növbəti kütləvi tibbi müayinəsinə başlanılıb.
Rayon mərkəzi xəstəxanasından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, mayın 12-dək davam edəcək bu humanitar aksiya zamanı 35 min 375 sakin profilaktik tibbi müayinədən keçiriləcək.
Bu məqsədlə rayon mərkəzi xəstəxanasında üç həkim komissiyası yaradılıb. Birinci komissiya poliklinika şöbəsində, digər iki komissiya isə Məlikli və Körpükənd kəndlərində fəaliyyət göstərir. Həkim komissiyalarının tərkibinə terapevtlər, cərrah, oftalmoloq, nevropatoloq, otolorinqoloq, stomatoloq, ginekoloq və digər ixtisas həkimləri daxil edilib.
Kampaniyanın ilk günündə rayon üzrə 482 nəfər tibbi müayinədən keçib. Onlardan 11 nəfəri ambulator müalicəyə cəlb olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.