Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid gizir Nurlan Abdullazadənin doğum günü məzarı başında anıldı

14 fevral 2018 | 16:00

14 fevral 2018-ci il tarixdə həmyerlimiz, ölümündən sonra “Hərbi Xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medala layiq görülmüş şəhid gizir Nurlan Abdullazadənin doğum günü məzarı başında anıldı. Təzəkənd kənd məzarlığında Nurlanla bərabər uyuyan digər şəhidlərimiz Namiq Məmmədovun və Kamran Məmmədovun məzarları da ziyarət olundu. Ziyarətdə Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik Abdulla Qurbani, Zərdab rayon İcra Hakimiyyəti Başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ramo Hacıyev, Zərdab rayon Gənclər və İdman idarəsinin rəisi İlkin Əliyev, SHÇDX-nin Zərdab rayon bölməsinin kadrlar və nizami hissə üzrə zabiti, mayor Vusal Mirzəyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov o cümlədən müəllimlər, məktəblilər, gənclər iştirak etdilər, vətən torpağının müdafiəsi uğrunda canından keçmiş bütün Azərbaycan şəhidlərinin ruhlarına dualar oxundu, onların keçdiyi şərəfli döyüş yolundan söhbət açıldı.

© Materiallardan istifadə edərkən istinad olunmalıdır.

Keçidlər