Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunub

17 fevral 2018 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən əhalinin ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, o cümlədən çeşidini genişləndirməklə seçmək və əlverişli qiymətə almaq imkanının yaradılması məqsədilə Zərdab şəhərinin “4 yol” adlanan ərazisində kənd təsərrüfatı məhsullarının satış yarmarkası olunub. Rayonun kəndlərindən məhsulların satışa çıxarılması üçün əlverişli şərait yaradılıb. Məhsulların qiymətləri bazarla müqayisədə 15-20 faiz ucuz olub.
Novruz bayramı ərəfəsində əhali üçün belə şəraitin yaradılması məqsədilə yarmarka öz işini hər həftənin şənbə və bazar günləri davam etdirəcəkdir.

© Materiallardan istifadə edərkən istinad olunmalıdır.

Keçidlər