Zərdab rayonunda demoqrafik vəziyyət
Zərdab rayonunun ərazisi 0,86 min kv.km olmaqla əhalinin sıxlığı (1 kv.km düşən əhali) 67 nəfərdir. Zərdab rayonunda 01 yanvar 2018-ci il vəziyyətinə 42 yaşayış məntəqəsi olmaqla 1 şəhər, 1 qəsəbə, 40 kənd yaşayış məntəqəsi mövcuddur. 2017-ci il ərzində Zərdab rayonunun əhalisinin sayı 404 nəfər və ya 0,7 faiz artaraq 58088 nəfərə (ilkin hesablamalara görə) çatmışdır. Əhalinin 20,3 faizi şəhər, 79,7 faizi isə kənd yerlərində yaşayır.
2017-ci il ərzində Zərdab rayon əhalisinin 29101 nəfər və ya 50,1 faizini kişilər, 28987 nəfər və ya 49,9 faizini qadınlar (01.01.2017-ci il faiz nisbətilə) təşkil edir.
İl ərzində rayonda 742, hər gün orta hesabla 2 körpə doğulmuşdur ki, onların da 15,1 faizi şəhərdə, 84,9 faizi isə kənd yerlərində qeydə alınmışdır. Rayon üzrə təbii artım 347 nəfər olmuşdur. Orta hesabla bir qadına bütün ömrü boyu 2,2 doğulmuş uşaq düşür və əhalinin təkrar istehsalı təmin olunur.
2017-ci ildə Zərdab rayonunda 395 ölüm qeydə alınmışdır. Bundan 5 nəfəri 1 yaşa qədər ölüm olmuşdur. 1-yaşa qədər ölümün hamısı kənd yerlərində qeydə alınmışdır. 1-4 yaşda - 5, 20-24 yaşda - 4, 25-29 yaşda 2, 30-34 yaşda - 4, 35-39 yaşda - 8, 40-44 yaşda - 4, 45-49 yaşda - 12, 50-54 yaşda - 19, 55-59 yaşda - 27, 60-64 yaşda - 25, 65-69 yaşda - 32, 70-74 yaşda - 28, 75-79 yaşda - 73, 80-84 yaşda - 74, 85 yaşdan yuxarı - 72 nəfər ölüm halları qeydə alınmışdır. Keçən ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı 6,2-dən 6,8-ə qədər artmışdır. Ölümün əsas səbəbləri qan dövranı sisteminin xəstəliklərindən, yenitörəmələrdən, həzm sisteminin xəstəliklərindən və tənəffüs orqanlarının xəstəliklərindən ibarət olmuşdur.
İl ərzində rayon üzrə 315 nikah və 65 boşanma halı qeydə alınmışdır. Birinci nikaha daxil olanların rayon üzrə orta yaş həddi kişilər arasında 27,6, qadınlar arasında isə 23,7 yaş təşkil edir.
2017-ci il ərzində Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən Zərdab rayonuna daimi yaşamaq üçün 117 nəfər gələn olmuşdur ki, bu göstərici şəhər yerlərində 18,8 faiz, kənd yerlərində 81,2 faiz təşkil etmişdir. Rayon üzrə miqrasiya artımı 58 nəfər olmuşdur.
© Materiallardan istifadə edərkən istinad olunmalıdır.
Zərdab rayon Statistika İdarəsi