Zərdabda “Açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsinin hüquqi əsasları” mövzusunda maarifləndirici tədbir keçirilib
Zərdab Rayon İcra Hakimiyyətində Azərbaycan Dövlət Reklam Agentliyinin Ağcabədi Regional İdarəsi və Zərdab Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsinin hüquqi əsasları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev açaraq “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin yaradılması haqqında” Respublika Prezidenti cənab İlham Əliyevin imzaladığı 20 iyun 2017-ci il tarixli Fərmanın əhəmiyyəti barədə iştirakçılara məlumat verib, Fərmanın icrası ilə bağlı qarşıda duran vəzifələrdən danışıb.
Tədbirdə Azərbaycan Dövlət Reklam Agentliyinin Ağcabədi Regional İdarəsinin rəisi Əlqara Hüseynov və idarənin hüquqşünası Məmmədbağır Qəribov çıxış edərək açıq məkanda reklam daşıyıcılarının hüquqi əsasları barədə ətraflı məlumat veriblər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
© Materiallardan istifadə edərkən istinad olunmalıdır.