Şriftin ölçüsü :

Saytın rəngi :

İqtisadiyyatda işləyənlərin sayı və əmək haqqı barədə

26 fevral 2018 | 16:00

2018-ci il yanvarin 1-i vəziyyətinə Zərdab rayonu üzrə iqtisadiyyatda muzdla çalışan işçilərin sayı 6222 nəfər olmuş, onlardan  4575 nəfəri və ya 73,5 faizi iqtisadiyyatın dövlət sektorunda, 1647  nəfəri və ya  26,5  faizi isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.
Muzdla işləyənlərin  34,9 faizi təhsil,  19,7 faizi ticarət,  5,3 faizi sənaye, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,8 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat,  3,6 faizi tikinti,  0,8 faizi nəqliyyat və anbar təsərrüfatı,  0,9 faizi peşə, elmi və texniki fəaliyyət, 10,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 0,2 faizi maliyyə və sığorta fəaliyyəti, 8,2 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.
2017-ci ilin yanvar-dekabr aylarında rayon üzrə iqtisadiyyatda muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,8 faiz artaraq 243,8 manat olmuşdur. İqtisadiyyatın elektrik enerjisi, qaz istehsalı, bölüşdürülməsi və təchizatı, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə sahələrində orta aylıq nominal əmək haqqı rayon üzrə orta göstəricidən yüksək olmuşdur.

© Materiallardan istifadə edərkən istinad olunmalıdır.

Zərdab rayon Statistika İdarəsi

Keçidlər