Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab rayonunun Gəlmə, Salahlı və Dəkkəoba kəndlərinə çəkilən içməli su xəttinin açılışı olub

06 mart 2018 | 16:00

Zərdab rayonunun Gəlmə, Salahlı və Dəkkəoba kəndlərinə çəkilmiş yeni içməli su xəttinin rəmzi açılışı münasibətilə tədbir keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev bu münasibətlə keçirilən mərasimdə çıxış edərək kənd sakinlərini təbrik edib. İcra başçısı əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlərin həyata keçirilməsindən danışaraq, bu istiqamətdə Zərdabda da təqdirəlayiq işlərin görüldüyünü vurğulayıb. Bildirib ki, respublikamızda ilk içməli su layihəsi Zərdab rayonunda icra edilib və açılışında ölkə başçısı iştirak edib.
“Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov çıxış edərək ölkə Prezidentinin sərəncamına əsasən çəkilmiş yeni su xəttinin kənd sakinlərinin içməli suya olan tələbatını tam ödəyəcəyini deyib.
Çıxış edən kənd sakinləri Novruz bayramı ərəfəsində içməli su xəttinin çəkilməsinə görə minnətdarlıqlarını bildiriblər.
Açılış mərasimində “Azərsu” ASC Birləşmiş Su-Kanal MMC-nin direktoru Ramin Sadıqov da iştirak edib.

© Materiallardan istifadə edərkən istinad olunmalıdır.

 

Keçidlər