Zərdab rayonu üzrə nəqliyyat xidməti üzrə əsas göstəricilər
2017-ci ildə nəqliyyat sektorunda avtomobil nəqliyyatı ilə 534 min ton yük daşınmışdır. 2016-cı ilin müvafiq dövrünə nisbətən avtomobil nəqliyyatı ilə yük daşınması 13 min ton və ya 2,5 faiz çox olmuşdur. Təhlil edilən dövrdə avtomobil nəqliyyatı ilə 4478 min sərnişin daşınmışdır. Keçən ilin müvafiq dövri ilə müqayisədə sərnişin daşınması 88 min sərnişin və ya 2,0 faiz artmışdır.
2017-ci ildə nəqliyyat müəssisələrinin yerinə yetirdikləri xidmətlərin dəyəri Zərdab rayonu üzrə 235,7 min manat olmuşdur. Xidmətlərin 96,1 faizi dövlət müəssisələrinin, 3,9 faizi qeyri-dövlət müəssisələrinin hesabına yaranmışdır.
Dövlət müəssisələri tərəfindən yerinə yetirilən 226,6 min manatlıq xidmətin 225,2 min manatı iri, 1,4 min manatı kiçik müəssisələrin payına düşür. Qeyri-dövlət müəssisələri tərəfindən yerinə yetirilən 9,1 min manatlıq xidmət isə kiçik müəssisələrin payına düşür.
Əhaliyə göstərilən 240,7 min manatlıq pullu xidmətlərin 231,6 min manatı dövlət müəssisələri üzrə, 9,1 min manatı isə qeyri-dövlət müəssisələri üzrə qeydə alınmışdır.
Keçən ilin eyni dövri ilə müqayisədə nəqliyyat müəssisələri tərəfindən görülən işlərin həcmi 45,5 min manat və ya 23,9 faiz, əhaliyə göstərilən pullu xidmət isə 46,5 min manat və ya 24,0 faiz artmışdır.
© Materiallardan istifadə edərkən istinad olunmalıdır.
Zərdab rayon Statistika İdarəsi