Zərdab rayonu üzrə rabitə xidməti üzrə əsas göstəricilər
2017-ci ildə göstərilmiş rabitə xidmətlərinin həcmi 650,8 min manat (o cümlədən əhali üzrə 603,7 min manat) olmuşdur. Bütün rabitə növləri üzrə xidmətlərin 34,0 faizi poçt rabitəsi üzrə (o cümlədən əhali üzrə 210 min manat), 0,7 faizi sənədli elektrik rabitəsi üzrə (o cümlədən əhali üzrə 3,4 min manat), 5,3 faizi şəhərarası və beynəlxalq telefon rabitəsi üzrə (o cümlədən əhali üzrə 24,9 min manat), 13,5 faizi şəhər telefon rabitəsi üzrə (o cümlədən əhali üzrə 68,5 min manat), 11,4 faizi kənd telefon rabitəsi üzrə (o cümlədən əhali üzrə 71,2 min manat), 35,1 faizi internet xidmətləri üzrə (o cümlədən əhali üzrə 225,8 min manat) qeydə alınmışdır.
Təhlil edilən dövrdə rabitə xidmətlərinə çəkilən xərclər 563 min manat olmuşdur. Bu xərclərin 61,1 faizi rabitə müəssisələrinin, 38,9 faizi poçt müəssisələrinin payına düşür.
Zərdab rayonunun rabitə sahəsində məşğul olanların sayı 2017-ci ildə 67 nəfər olmuşdur. İşçilərin 94,0 faizi dövlət mülkiyyətinə, 6,0 faizi qeyri-dövlət mülkiyyətinə mənsub müəssisələrdə çalışmışdır. Hesabat dövründə isə hesablanmış əmək haqqı fondunun məbləği 191869,3 manat, orta aylıq əmək haqqı isə 239,8 manat təşkil etmişdir. Bu sahə üzrə işləyən 15 qadına 41093,9 manat əmək haqqı hesablanaraq orta aylıq əmək haqqı 232,3 manat təşkil etmişdir. Bu sahə üzrə orta aylıq əmək haqqı əvvəlki ilə nisbətən 103,4 faiz artmışdır.
© Materiallardan istifadə edərkən istinad olunmalıdır.
Zərdab rayon Statistika İdarəsi