Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdablı gənclər 2 Fevral Gənclər Gününü rayondakı “Kür” şadlıq sarayında qeyd etdilər

02 fevral 2013 | 16:00

2 Fevral Gənclər Günü münasibətilə fevral ayının 1-də “Kür” şadlıq sarayında zərdablı gənclərin bayram tədbiri keçirilmişdir.Rayon Gənclər və İdman İdarəsinin rəisi İlkin Əliyev məruzə ilə çıxış etmişdir. Məruzədə gənclərə diqqət və qayğının təməlinin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulması, bu diqqət və qayğının ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi razılıqla vurğulanmışdır. Ölkəmizdə 2007-ci ilin “Gənclər ili”, 2009-cu ilin “Uşaq ili”, 2012-ci ilin “İdman ili” elan edilməsi gənclərimiz tərəfindən dövlətimizin Başçısına minnətdarlıq hissi ilə qarşılandığı bildirilmişdir. İlkin Əliyev gənclərin rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirak etməsini son illər zərdablı gənclərin, idmançıların sorağının respublika və Beynəlxalq turnirlərdən, Avropa və dünya kuboku yarışlarından gəlməsini bildirmiş, şahmatçıların, karateçilərin uğurlarından ətraflı danışmışdır.Tədbirdə çıxış edən gənclərin nümayəndələri 2012-ci ildə rayonda gənclər üçün yaradılan şəraitdən də ətraflı danışmış, ölkə Prezidentinin iştirakı ilə Zərdabda Gənclər Mərkəzinin, Heydər Əliyev Mərkəzinin, Yaradıcılıq evinin, Uşaq və Ailələrə Dəstək Mərkəzinin açılışına görə Dövlət Başçısına gənclərin minnətdarlıqları bildirilmişdir.Çıxışlarda həmçinin İsmayıllı hadisələrinə münasibət bildirilmiş, müxalifətin qeyri-ciddi, qanunlarımıza zidd addımları qətiyyətlə pislənilmiş, Əli Kərimlilərə, İsa Qənbərlərə gənclər arasında yer olmadığını bəyan etmişlər.Toplantıda həmçinin yazıçı Əkrəm Əylislinin “Daş yuxular” əsəri ilə bağlı fikirlər səsləndirilmişdir. Əkrəm Əylislinin bu əsərinə görə onun bütün kitablarının satışlardan yığışdırılması, respublika vətəndaşlığından xaric olunması, xalq yazıçısı adından məhrum edilməsi təklif olunmuşdur.Gənclərin bayram tədbirində Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev iştirak və çıxış etmiş, 2012-ci ildə ayrı-ayrı sahələrdə fərqlənən bir qrup gənclərə qiymətli hədiyyələr təqdim etmişdir.Mərasim boyu rayonun musiqi kollektivləri gözəl ifaları ilə tədbir iştirakçılarına xoş ovqat bəxş etmişlər.
 

Keçidlər