Şriftin ölçüsü :

Saytın rəngi :

Heyvandarlıq sahəsi sürətli inkişaf yolundadır

01 may 2018 | 16:00

Rayоn üzrə iqtisadiyyatın bütün sahələrində olduğu kimi kənd təsərrüfatı sahəsinin də  davamlı inkişafı təmin оlunmuşdur. Hazırda əhalinin heyvandarlıq məhsullarına olan tələbatını daxili istehsal hesabına ödəmək məqsədi ilə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Bu məqsədlə sahibkarlara lizinq yolu ilə güzəştli şərtlərlə yüksək məhsuldar damazlıq heyvan satılması işi davam etdirilir və heyvanlar arasında aparılan süni mayalanma tədbirləri genişləndirilir. Rayonda əvvəlki illərə nisbətən heyvandarlığın inkişaf səviyyəsi artıb. Bu səbəbdən ət, süd, yumurta,yun istehsalının həcmi də ötən dövrlərlə müqayisədə daha çox olub.  Hazırda rayonda (01 aprel 2018-ci il vəziyyətinə) 54680 baş iri buynuzlu, 113542 baş xırda buynuzlu heyvan var. 01 aprel 2018-ci il tarixə ət istehsalı 10812 sentner, süd istehsalı 64497 sentner, yumurta istehsalı 2 milyon 26 min ədəd olub. Ötən ilin müvafiq dövrünə nisbətən ət istehsalı 2 sentner, süd istehsalı 36 sentner, yumurta istehsalı min ədəd artmışdır.
Cins maldarlığın inkişaf etdirilməsi istiqamətində rayonda mühüm tədbirlər həyata keçirilmişdir. Mal-qaranın cins tərkibini yaxşılaşdırmaq məqsədilə rayonda 10 süni mayalama məntəqəsi yaradılmışdır. 01 aprel 2018 ci il tarixə 732 baş inək və düyələrdə süni mayalanma aparılmış, 355 baş sağlam bala alınmışdır ki, bunun da maldarlığın inkişafına böyük təsiri olub. Mal-qaranın  yemə olan tələbatını ödəmək məqsədi ilə yonca sahələri 21423 hektara çatdırılmışdır.

© Materiallardan istifadə edərkən istinad olunmalıdır.

Zərdab rayon Statistika İdarəsi

Keçidlər