Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı səyyar qəbul keçirdi

07 fevral 2013 | 16:00

06 fevral 2013-cü il tarixdə Zərdab rayonunun Şahhüseynli kəndində rayon rəhbərliyinin yerli sakinlərlə görüşü keçirilib. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev əvvəlcə son illər respublikamızda və rayonumuzda görülmüş işlər barədə məlumat verib.

Natiq qeyd edib ki, təkcə 2012-ci ildə rayon üzrə Ümumi Daxili Məhsul istehsalı 98 milyon 246 min manat olmuşdur. (Bunun 43 faizi kənd təsərrüfatının, 37 faizi tikintinin payına düşür). Bu da keçən ildən 8,5 faiz çoxdur.

2012-ci il rayonumuz üçün çox uğurlu il olub. Cənab Prezidentimiz İlham Əliyevin rayonumuza 07 oktyabr 2012-ci il tarixli səfəri bütün zərdablıların xatirəsindən heç vaxt silinməyəcəkdir. 2012-ci ildə rayonumuzda bir neçə sosial obyekt istifadəyə verilmişdir. Onlardan Şəftəhal kəndində tibb məntəqəsi, Çallı kəndində doğum evi, Qoruqbağı kəndində uşaq bağçası, Lələağacı kənd məktəbi, Pərvanlı kənd məktəbi, Heydər Əliyev Mərkəzi, Heydər Əliyev parkında su bulağı, Gənclər Mərkəzi, YAP rayon təşkilatının binası, Veteranlar evi, Yaradıcılıq evi, Uşaq və Ailələrə Dəstək Mərkəzi və s. tikililəri missal göstərmək olar. Rayonumuzda hazırda istifadəyə hazır olan obyektlər də var: “32 hektar” adlanan qəsəbədə 132 şagird yerlik məktəb binası, Baytarlıq İdarəsinin binası, Süd məhsulları istehsalı zavodu, “Aqrolizinq”ASC-nin rayon filialı üçün gübrə və taxıl anbarı. Zərdab-Yuxarı Seyidlər-Siləyli istiqamətində yolun tikintisinə ayrılan 5,4 milyon manata uyğun olaraq 10,5 km yola 1-ci və 2-ci qat asfalt örtük vurulmuş, yolun kənarlarına şeben tökülmüş, 200-ə qədər yol nişanları quraşdırılmış, yolun xətləri çəkilmişdir. Hazırda yolun qalan hissəsi üçün 6,45 milyon manat vəsait ayrılıb. İşlər davam etdirilir. Göyçay və Türyançay çaylarının 43 km-ə qədər məcrasının təmizlənməsi işi başa çatıb.

Tikintisi davam etdirilən obyektlərə Suvarma Sistemləri İdarəsində regional mərkəzin ofis binası, Rayon Polis Şöbəsi üçün bina, Çallı kənd tam orta məktəbi, İsaqbağı kənd tam orta məktəbi, Aşağı Seyidlər kənd məktəbi və s. aiddir. Kəndlərə və “32 hektar” adlanan əraziyə qaz xəttinin çəkilişi, su və kanalizasiya xəttinin çəkilişi davam etdirilir.

Şahhüseynli kəndində də xeyli iş görülüb və görülməkdədir. Hal-hazırda 4200 metrdən çox kanal lildən təmizlənmişdir ki, bu da suvarmanın yaxşılaşdırılması deməkdir. Kəndarası yolların 400 metr hissəsinə çınqıl daş verilmiş və qreyderlənmişdir. 300 metr uzunluğunda kəndin daxilində yeni yol salınmışdır. Modul tipli su təmizləyici qurğu və 14 bulaq tikilib, əhali təmiz içməli sudan istifadə edir. kəndin daxilində olan şirəkeş kanalları yenidən qazılmışdır.

Daha sonra sakinlər təkliflərini səsləndiriblər. Onlar respublikamızda və eləcə də rayonumuzda gedən abadlıq, quruculuq, əsaslı yenidənqurma işlərinə görə ölkə Prezidentinə minnətdarlıqlarını bildiriblər. Kənd sakinləri adından Musayev Ataş Alıkişi oğlu, Xaspoladova Tamam Abdulla qızı, Yusifov Yunis İsbat oğlu, Qurbanov Sahib Gülmalı oğlu və başqaları çıxış edərək kəndə təbii qaz xəttinin çəkilişinə, kənd tam orta məktəbinin əsaslı təmirinə, kənd tibb məntəqəsinin və uşaq bağçasının yerləşdiyi binanın əsaslı təmirinə, suvarmada olan çətinliyin aradan qaldırılması üçün kəndə yeni 2-ci su kanalının çəkilməsinə, kəndarası yolların təmirinə və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş ediblər. Rayon rəhbərliyi qaldırılan təkliflərin diqqətdən kənarda qalmayacağını vurğulayaraq ayrı-ayrı təkliflərin həlli istiqamətində tapşırıqlarını verib.

Səyyar qəbuldan dərhal sonra əlaqədar nazirlik və komitəyə kənd sakinlərinin təklif etdiyi məsələlər barədə rəsmi müraciətlər edilmişdir.
 

Keçidlər