Şriftin ölçüsü :

Saytın rəngi :

Burunlu kəndində 80 şagird yerlik yeni modul tipli məktəb binası istifadəyə verilib

10 may 2018 | 16:00

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ərəfəsində Zərdab rayonunun Burunlu kəndində 80 şagird yerlik yeni modul tipli məktəb binası istifadəyə verilib. Tədris ocağının binası ən müasir avadanlıqlarla təmin olunub. Açılış mərasimində Rayon İcra Hakimiyyətinin, Təhsil Şöbəsinin rəhbər şəxsləri, məktəbin pedaqoji kollektivi, şagirdlər və valideynlər iştirak ediblər. Rayon Təhsil Şöbəsinin müdiri Lalə Əmirəliyeva Burunlu kəndində yeni məktəbin istifadəyə verilməsini valideynlərin, xüsusilə də şagirdlərin böyük sevincinə səbəb olduğunu vurğulayıb. Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev müəllim və şagirdləri, valideynləri, kənd sakinlərini yeni məktəb binasının açılışı münasibətilə təbrik edib, əsasını Ulu Öndər Heydər Əliyevin qoyduğu milli təhsil siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Digər çıxış edənlər göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonda məktəbin açılışını bildirən rəmzi lent kəsilib, iştirakçılar məktəbdə yaradılan şəraitlə tanış olublar.

© Materiallardan istifadə edərkən istinad olunmalıdır.

Keçidlər