Zərdab rayonunda nəqliyyat xidməti üzrə göstəricilər
2018-ci ilin yanvar-iyun aylarında Zərdab rayonunda avtomobil nəqliyyatı ilə yük daşımalarının həcmi 275,0 min ton olmuşdur. Bu göstərici 2017-ci ilin müvafiq dövrünə nisbətən 5,0 min ton və ya 1,9% artmışdır. Zərdab rayоnu üzrə avtomobil nəqliyyatı ilə 2018 min nəfər sərnişin daşınmışdır ki, bu göstərici də keçən ilin eyni dövrü ilə müqayisədə 1,6% çox olmuşdur.
Nəqliyyat müəssisələrinin yerinə yetirdikləri xidmətlərin dəyəri rayon üzrə 106,4 min manat olmuşdur. Xidmətlərin 95,5 faizi dövlət müəssisələrinin, 4,5 faizi qeyri-dövlət müəssisələrinin hesabına yaranmışdır. Dövlət müəssisələrinin tərəfindən yerinə yetrilən xidmətlərin 101,4 min manatı iri, qeyri-dövlət müəssisələri tərəfindən yerinə yetirilən 0,2 min manatlıq xidmət isə kiçik müəssisələrin payına düşür.
© Materiallardan istifadə edərkən istinad olunmalıdır.
Zərdab Rayon Statistika İdarəsi