H.Zərdabi adına 1 saylı məktəb-liseyin binasında aparılan əsaslı təmir işləri son tamamlama mərhələsindədir
15 avqust 2018 | 16:00
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən Zərdab rayon H.Zərdabi adına 1 saylı məktəb-liseyin binasında aparılan əsaslı təmir işləri son tamamlama mərhələsindədir. 1176 şagird yerlik məktəb-liseydə smeta dəyəri 3,2 milyon manat olan əsaslı təmir işləri Təhsil Nazirliyinin sifarişi ilə “Xim Ekspres-2000” MMC tərəfindən aparılır. Qeyd edək ki, təhsil ocağında əsaslı təmir işlərinə 2016-cı ildən başlanılıb. Bu il istifadəyə verilməsi nəzərdə tutulan məktəb-liseydə tədrisin yüksək səviyyədə təşkili üçün bütün lazımi şərait olacaq.
© Materiallardan istifadə edərkən istinad olunmalıdır