Şriftin ölçüsü :

Saytın rəngi :

Əhaliyə göstərilən ödənişli xidmətlər haqqında

28 avqust 2018 | 16:00

2018-ci ilin yanvar-iyun aylarında Zərdab rayonu üzrə əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi həcmi 7409,0 min manat olmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 181,0 min manat və ya 2,5% artmışdır. Xidmətlərin 28,5 faizi hüquqi şəxslər, 71,5 faizi isə fiziki şəxslər tərəfindən yerinə yetirilmişdir. Əhaliyə göstərilən ödənişli xidmətlərdən ümumi həcmdə məişət xidməti 972,0 min manat olmaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,1%, iaşə dövriyyəsinin həcmi 1086,0 min manat olmaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,1% artmışdır.
Əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi həcmindən hüquqi şəxslər tərəfindən göstərilən xidmətlər 2110,5 min manat (98,0 faizi dövlət mülkiyyəti, 2,0 faizi qeyri dövlət mülkiyyəti) olmuşdur.  Hüquqi şəxslər tərəfindən göstərilən xidmətlərin 2069,2 min manatı iri müəssisələrin, 41,3 min manatı isə kiçik müəssisələrin payına düşür.

© Materiallardan istifadə edərkən istinad olunmalıdır.

Zərdab Rayon Statistika İdarəsi

Keçidlər