İqtisadiyyatda işləyənlərin sayı və əmək haqqı barədə
2018-ci il iyulun 1-i vəziyyətinə Zərdab rayonu üzrə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 6013 nəfər olmuş, onlardan 4569 nəfəri və ya 76,0 faizi iqtisadiyyatın dövlət sektorunda, 1444 nəfəri və ya 24,0 faizi isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.
Muzdla işləyənlərin 36,1 faizi təhsil, 16,8 faizi ticarət, 6,9 faizi sənaye, 8,8 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,8 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 2,3 faizi tikinti, 0,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 1,0 faizi peşə, elmi və texniki fəaliyyət, 10,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 0,2 faizi maliyyə və sığorta fəaliyyəti, 8,5 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.
2018-ci ilin yanvar-iyun aylarında rayon üzrə iqtisadiyyatda muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,2 faiz artaraq 258,1 manat olmuşdur. İqtisadiyyatın elektrik enerjisi, qaz istehsalı, bölüşdürülməsi və təchizatı, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət sahələrində orta aylıq nominal əmək haqqı rayon üzrə orta göstəricidən yüksək olmuşdur.
© Materiallardan istifadə edərkən istinad olunmalıdır.
Zərdab Rayon Statistika İdarəsi