Heyvandarlıq sahəsi sürətli inkişaf yolundadır
Rayоn üzrə iqtisadiyyatın bütün sahələrində olduğu kimi kənd təsərrüfatı sahəsinin də davamlı inkişafı təmin оlunmuşdur. Hazırda əhalinin heyvandarlıq məhsullarına olan tələbatını daxili istehsal hesabına ödəmək məqsədi ilə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Bu məqsədlə sahibkarlara lizinq yolu ilə güzəştli şərtlərlə yüksək məhsuldar damazlıq heyvan satılması işi davam etdirilir və heyvanlar arasında aparılan süni mayalanma tədbirləri genişləndirilir. Rayonda əvvəlki illərə nisbətən heyvandarlığın inkişaf səviyyəsi artıb. Bu səbəbdən ət, süd, yumurta istehsalının həcmi də ötən dövrlərlə müqayisədə daha çox olub. Hazırda rayonda (01 iyul 2018-ci il vəziyyətinə) 54697 baş iri buynuzlu, 113580 baş xırda buynuzlu heyvan var. 01 iyul 2018-ci il tarixə ət istehsalı 20655 sentner, süd istehsalı 122309 sentner, yumurta istehsalı 4901 min ədəd, yun istehsalı 1625 sentner olub. Ötən ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3 sentner, süd istehsalı 4656 sentner, yumurta istehsalı 601 min ədəd, yun istehsalı 13 sentner artmışdır.
Cins maldarlığın inkişaf etdirilməsi istiqamətində rayonda mühüm tədbirlər həyata keçirilmişdir. Mal-qaranın cins tərkibini yaxşılaşdırmaq məqsədilə rayonda süni mayalama məntəqələri yaradılmışdır. 01 iyul 2018 ci il tarixə 1286 baş inək və düyələrdə süni mayalanma aparılmış, 670 baş sağlam bala alınmışdır ki, bunun da maldarlığın inkişafına böyük təsiri olub. Hesabat dövründə 19498 hektar yonca sahəsindən 81582 ton quru ot istehsal olunmuşdur.
© Materiallardan istifadə edərkən istinad olunmalıdır.
Zərdab Rayon Statistika İdarəsi