Rüstəmov Namiz Alı oğluna “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim olundu
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2018-ci il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə medalı” təltif olunan Rayon İcra Hakimiyyəti Başçısı Aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Rüstəmov Namiz Alı oğluna medal Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev tərəfindən təqdim olunub. Tədbiri giriş sözü ilə açan icra başçısı qeyd edib ki, dövlətimizin inkişafında və müstəqilliyimizin möhkəmlənməsində xidmətləri olan insanların möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən dövlət mükafatlarına layiq görülmələri onu göstərir ki, dövlət başçısı onların Vətən qarşısında xidmətlərinə yüksək diqqət və qayğı ilə yanaşır. Bizim üçün çox fərəhli haldır ki, möhtərəm Prezidentimizin təltif etdiyi insanlar sırasında Zərdab rayonunun da sakini var. Sonra cənab Lütvəli Babayev dövlət mükafatını sahibinə təqdim edib. Medala layiq görülmüş Namiz Rüstəmov da öz növbəsində onun zəhmətini yüksək qiymətləndirən dövlət başçısına minnətdarlığını bildirib və bundan sonra Vətənin tərəqqisi naminə daha böyük həvəslə çalışacağını qeyd edib.
© Materiallardan istifadə edərkən istinad olunmalıdır.