Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab Rayon İcra Hakimiyyətində valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaqlara məktəbli geyimləri verilib

14 sentyabr 2018 | 16:00

“Bilik günü” ərəfəsində Zərdab Rayon İcra Hakimiyyətində valideyn himayəsindən məhrum olmuş və imkansız ailələrdən olan məktəblilərlə, o cümlədən Qarabağ əlillərinin və şəhid ailələrinin uşaqları ilə görüş təşkil olunub. Onların problem və qayğıları ilə maraqlanılıb. Bildirilib ki, cənab Prezident İlham Əliyevin tapşırığı və diqqəti sayəsində imtiyazlı kateqoriyadan olan soydaşlarımıza, onların övladlarına daim diqqət və qayğı göstərilir. Təhsilləri, müalicələri, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması və digər sosial problemlərinin həlli diqqət mərkəzində saxlanılır. Bu kateqoriyadan olan 140 nəfər şagirdə Rayon İcra Hakimiyyəti tərəfindən məktəbli formaları və digər ləvazimatlar paylanıb.

© Materiallardan istifadə edərkən istinad olunmalıdır.

Keçidlər