Şriftin ölçüsü :

Saytın rəngi :

Gəlmə kəndində inşa olunan 60 yerlik körpələr evi-uşaq bağçası istifadəyə verilib

18 oktyabr 2018 | 16:00

Gəlmə kənd körpələr evi-uşaq bağçasının yeni binasının tikintisinə Respublika Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2018-ci ilin fevral ayında başlanılıb. Regionlarda uşaq bağçalarının tikintisi ilə bağlı  dövlət proqramı çərçivəsində müasir tələblər səviyyəsində inşa edilən təlim-tərbiyə ocağının ümumi sahəsi 5200 kvadratmetr, tikinti altı sahəsi 620 kvadratmetr, smeta dəyəri 963 min manatdır. Tikinti işləri müasir texnologiya əsasında Ərazilərin Bərpası və Yenidənqurulması üzrə Agentlik  tərəfindən həyata keçirilib. Bağçanın tibb və prosedur, təlim, qrup, yataq, geyinib-soyunma otaqlarında, metodiki kabinetdə və musiqi ləvazimatları guşələrində, idman zalında, yeməkxanada  nümunəvi şərait yaradılıb. Tərbiyə ocağı zəruri avadanlıq və mebel dəstləri, təlim vəsaitləri ilə təmin edilib. Körpələr evi istilik sistemi, qazanxana, ehtiyat su çənləri ilə təchiz olunub. Ətrafında abadlıq işləri aparılıb. Həyətə asfalt örtüyü qoyulub, dekorativ daşlar düzülüb. İşıqlandırma sistemi, uşaq əyləncə qurğuları, söhbətgahlar quraşdırılıb, yaşıllıqlar salınıb. İyirminci  əsrin 80-ci illərindən fəaliyyət göstərən körpələr evinin indiki şəraiti həm kollektivin, həm də valideynlərin ürəyincədir. Dövlət müstəqilliyimizin növbəti ildönümündə istifadəyə verilən uşaq bağçasının açılış mərasimində Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazalarının möhkəmləndirilməsi istiqamətində atılan addımlardan danışıb. Bildirib ki, son illər Zərdabda 20-dən yuxarı yeni məktəb binası inşa olunub və ya əsaslı şəkildə yenidən qurulub. Tərbiyə ocağında yaradılan imkanlar nəticəsində isə 28 nəfərin iş, 60 uşağın təhsil şəraitinin yaxşılaşacağını vurğulayıb. Sonda bağçada yaradılan şəraitlə tanışlıq olub.

© Materiallardan istifadə edərkən istinad olunmalıdır.

Keçidlər