Şriftin ölçüsü :

Saytın rəngi :

Əhaliyə göstərilən ödənişli xidmətlər artıb

30 oktyabr 2018 | 16:00

2018-ci ilin yanvar-sentyabr aylarında Zərdab rayonu üzrə əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi həcmi 10850,2 min manat olmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 275,2 min manat və ya 2,6 % artmışdır. Xidmətlərin 27,3 faizi hüquqi şəxslər, 72,7 faizi isə fiziki şəxslər tərəfindən yerinə yetirilmişdir.
Əhaliyə göstərilən ödənişli xidmətlərdən ümumi həcmdə məişət xidməti 1460,6 min manat olmaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 %, iaşə dövriyyəsinin həcmi 1404,0 min manat olmaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5 % artmışdır.
Əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi həcmindən hüquqi şəxslər tərəfindən göstərilən xidmətlər 2959,8 min manat (97,7 faiz dövlət mülkiyyəti, 2,3 faiz qeyri dövlət mülkiyyəti) olmuşdur.  Hüquqi şəxslər tərəfindən göstərilən xidmətlərin 2892,9 min manatı iri müəssisələrin, 66,9 min manatı isə kiçik müəssisələrin payına düşür.

© Materiallardan istifadə edərkən istinad olunmalıdır.

Zərdab Rayon Statistika İdarəsi

Keçidlər