Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab rayonunda demoqrafik vəziyyət haqqında

04 noyabr 2018 | 16:00

Zərdab rayonunun ərazisi 0,86 min kv.km olmaqla əhalinin sıxlığı (1 kv.km düşən əhali) 68 nəfərdir. Zərdab rayonunda  01 oktyabr 2018-ci il vəziyyətinə 42 yaşayış məntəqəsi olmaqla 1 şəhər, 1 qəsəbə, 40 kənd yaşayış məntəqəsi mövcuddur.  2018-ci il 9 ayı ərzində Zərdab rayonun əhalisinin sayı 305 nəfər və ya 0,5 faiz artaraq 58545 nəfərə çatmışdır. Əhalinin 20,3 faizi şəhər, 79,7 faizi isə kənd yerlərində yaşayır.
Cari ilin 9 ayında rayonda 483, hər gün orta hesabla 1-2 körpə doğulmuşdur  ki, onların da 11,6 faizi şəhər və qəsəbələrdə, 88,4 faizi isə kənd yerlərində qeydə alınmışdır. Rayon üzrə təbii artım 247 nəfər olmuşdur. Rayon üzrə orta hesabla bir qadına bütün ömrü boyu  2,2 doğulmuş uşaq düşür və əhalinin təkrar istehsalı təmin olunur.
2018-ci ilin 9 ayında Zərdab rayonunda 236 ölüm qeydə alınmışdır. Bundan 3 nəfəri 1 yaşa qədər ölüm olmuşdur. 1-yaşa qədər ölüm kənd yerlərində qeydə alınmışdır.  Ölənlərin ümumi sayından 10-14 yaşda – 2, 15-19 yaşda – 1, 25-29 yaşda - 2,  30-34 yaşda - 2, 35-39 yaşda – 5, 40-44 yaşda – 3, 45-49 yaşda - 5, 50-54 yaşda - 18, 55-59 yaşda - 15, 60-64 yaşda - 14, 65-69 yaşda - 20, 70-74 yaşda - 17, 75-79 yaşda - 39, 80-84 yaşda - 51, 85 yaşdan yuxarı - 39 nəfər ölüm halları qeydə alınmışdır. Keçən ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı 5,4-dən 4,0-ə qədər azalmışdır. Ölümün əsas səbəbləri qan dövranı sisteminin xəstəliklərindən, yenitörəmələrdən, həzm sisteminin xəstəliklərindən və tənəffüs orqanlarının xəstəliklərindən ibarət olmuşdur.
Cari ilin 9 ayı ərzində rayon üzrə 234 nikah və 44 boşanma halı qeydə alınmışdır. Birinci nikaha daxil olanların rayon üzrə orta yaş həddi kişilər arasında 28,8, qadınlar arasında isə 24,2 yaş təşkil edir.
Hesabat dövründə Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən Zərdab rayonuna daimi yaşamaq üçün 104 nəfər gələn olmuşdur ki, bu göstərici şəhər yerlərində 21,2 faiz,  kənd yerlərində 78,8 faiz təşkil etmişdir. Hesabat dövründə rayondan gedənlərin sayı 46 nəfər olmuş və beləliklə rayon üzrə miqrasiya artımı 58 nəfər olmuşdur.

© Materiallardan istifadə edərkən istinad olunmalıdır.

Zərdab Rayon Statistika İdarəsi

Keçidlər