ZƏRDABDA DÖVLƏT BAYRAĞI GÜNÜ QEYD OLUNUB
Dövlət Bayrağı günü münasibəti ilə Zərdab rayon ictimaiyyəti Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər güllər düzüb, müstəqilliyimizin möhkəmlənməsində, dönməz xarakter almasında əvəzsiz xidmətləri olan Ümummilli liderimizin xatirəsini ehtiramla yad edib.
Bayram tədbirində Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev dövlət rəmzlərimizə olan sonsuz el məhəbbətindən danışıb. Bildirib ki, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dövlət bayrağı milli suverenliyin simvolu kimi Azərbaycanın bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Rayon rəhbəri vurğulayıb ki, dövlət rəmzlərinin təbliği və ictimaiyyət tərəfindən mənimsənilməsi Ümummilli liderimiz Heydər Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində mümkün olub. Tədbirdə o da diqqətə çatdırılıb ki, dövlət bayrağının təbliği, məzmun və mahiyyətinin aşılanması Zərdabda daim diqqət mərkəzində saxlanılır. Rayonda bayraq meydanının yaradılması, ətrafının abadlaşdırılması bu baxımdan mühüm əhəmiyyət kəsb edir.
Tədbirdə məktəblilərin ifasında şeirlər səsləndirilib.
© Materiallardan istifadə edərkən istinad olunmalıdır.