ZƏRDABDA KONSTİTUSİYA GÜNÜ QEYD OLUNDU
12 noyabr Konstitusiya Günü münasibətilə Zərdabda ümumrayon tədbiri keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyublar. Tədbirin rəsmi hissəsi Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının dövlət himni ilə başlayıb.
Rayon Məhkəməsinin hakimi Tahir Qubadov “Müstəqil Azərbaycan Konstitusiyası” mövzusunda məruzə ilə çıxış edib. Qeyd olunub ki, Müstəqil Azərbaycanın Konstitusiyası dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə işlənib hazırlanmış və 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş ilk milli Konstitusiyanın dövlətçilik tariximizdə yeni bir mərhələ açdığı tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Vurğulanıb ki, demokratiya və konstitusiya idarəetmə yolunu, bir mənalı olaraq, Ulu öndərimiz bugünkü və gələcək nəsillərə başlıca siyasi irs qoyub. Ölkə Prezidenti cənab İlham Əliyev məhz bu çətin, lakin şərəfli irsin layiqli varisi kimi yorulmadan fəaliyyət göstərir, qanunlarımızın aliliyinin qarantı kimi çıxış edir. Bu gün ölkəmiz əsl demokratiya, ümumi rifah və azadlıq məkanı kimi inkişaf edir.
© Materiallardan istifadə edərkən istinad olunmalıdır.