Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab rayonu üzrə nəqliyyat xidməti göstəriciləri

12 noyabr 2018 | 16:00

2018-ci ilin yanvar-sentyabr aylarında  Zərdab rayonunda avtomobil nəqliyyatı ilə yük daşımalarının həcmi 419,0 min ton olmaqla 2017-ci ilin müvafiq dövrünə  nisbətən 12,0 min ton və ya 2,9% artmışdır.
2018-ci ilin yanvar-sentyabr aylarında avtomobil nəqliyyatı ilə 3001 min nəfər sərnişin daşınmışdır. Keçən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 1,5% çox olmuşdur. Hesabat dövründə nəqliyyat müəssisələrinin yerinə yetirdikləri xidmətlərin dəyəri rayon üzrə 177,7 min manat olmuşdur. Xidmətlərin 95,9 faizi dövlət müəssisələrinin, 4,1 faizi qeyri dövlət müəssisələrinin hesabına yaranmışdır.
Dövlət müəssisələri tərəfindən yerinə yetrilən xidmətlərin 169,8 min manatı iri, qeyri-dövlət müəssisələri tərəfindən yerinə yetirilən 0,2 min manatlıq xidmət isə kiçik müəssisələrin payına düşür.

© Materiallardan istifadə edərkən istinad olunmalıdır.

Zərdab Rayon Statistika İdarəsi

Keçidlər