Zərdabda Ümummilli liderimiz Heydər Əliyevin anım günü münasibəti ilə silsilə xatirə tədbirləri keçirilib
Zərdab rayonunda Ümummilli liderimiz Heydər Əliyevin anım günü münasibəti ilə silsilə xatirə tədbirləri keçirilib.
11 dekabr 2018-ci il tarixdə bağça uşaqları və ümumtəhsil məktəblərinin ibtidai sinif şagirdləri Ulu Öndərin abidəsini ziyarət ediblər.
12 dekabr 2018-ci il tarixdə isə ümumrayon anım mərasimi keçirilib. Yerli sakinlər səhər saatlarından başlayaraq Ulu Öndərin abidəsini ziyarət ediblər. Şərəfli ömrünü Azərbaycanın inkişafına, xalqımızın qüdrətlənməsinə həsr edən Ümummilli liderin ruhuna dualar oxuyublar. Heydər Əliyev Mərkəzindəki eksponatlarla tanış olublar. Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən video-çarx nümayiş etdirilib.
Ümumrayon anım mərasimində Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev Ulu Öndərin həyat və fəaliyyətindən söz açıb. Bildirib ki, istər birinci, istərsə də ikinci hakimiyyəti dövründə Ümummilli liderimiz xalqımızın ümumi inkişafı naminə fədakarlıq göstərib. Natiq xususilə vurğulayıb ki, 1978-ci ildə Ulu Öndərin Zərdaba səfəri rayonun inkişafında mühüm rol oynayıb. Sonrakı illərdə Zərdabda təhsil, səhiyyə və mədəniyyət ocaqları istifadəyə verilib, sosial problemlər həllini tapıb. Müasir dövrdə rayonda geniş miqyaslı quruculuq, abadlıq və əsaslı yenidənqurma işlərinin aparılması, Ulu Öndərin adına layiq müasir istirahət mərkəzinin yaradılması qeyd olunub. Vurğulanıb ki, zərdablılar ölkəmizin bundan sonrakı inkişafını da Heydər Əliyev siyasətinin davamında görür. Anım tədbirləri çərçivəsində rayonda konfranslar, məktəblilərin inşa yazı müsabiqəsi və idman yarışları keçirilib. Məktəblilərin Heydər Əliyev şəxsiyyətinə həsr etdikləri sərgiyə və divar qazetlərinə baxış olub.
© Materiallardan istifadə edərkən istinad olunmalıdır.