Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar-Zərdab-Ağcabədi (21km)-Birinci Alıcanlı avtomobil yolu tikinti və yenidənqurma işlərindən sonra sakinlərin istifadəsinə verilib

29 dekabr 2018 | 16:00

Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ayrılan 4,6 milyon manat vəsait hesabına əsaslı şəkildə yenidən qurulan Ucar-Zərdab-Ağcabədi (21 km)-Birinci Alıcanlı avtomobil yolu Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il ərəfəsində istifadəyə verilib. Yol Çallı, Birinci Alıcanlı, İkinci Alıcanlı və Cilovxanlı kəndlərinin sakinlərinə xidmət etməklə iki min nəfərdən çox vətəndaşın Zərdab şəhərinə  və qonşu rayonlara çıxışını təmin edir. Avtomobil yolunun tikintisi kəndlərin sakinləri tərəfindən rəğbətlə qarşılanıb. Onlar sosial layihələr çərçivəsində yaşayış məntəqələrinin qazlaşdırılmasını, elektrik və yol infrasturukturunun yenilənməsini dövlətin qayğısı kimi dəyərləndirirlər. Avtomobil yolunun istifadəyə verilməsi münasibətilə təşkil olunan mərasimdə Zərdab Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəhman Feyzullayev sakinləri təbrik edib. Rayonda icra olunan sosial-infrastruktur layihələrin əhəmiyyətindən danışıb.
Tikinti işlərində fəal iştirak edən mütəxəssislərə qiymətli hədiyyələr verilib. Sonda yolun rəmzi açılışını bildirəm qırmızı lent kəsilib. Açılış mərasimində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İstismar İdarəsinin şöbə rəisinin müavini Alim Nağıyev iştirak edib.

© Materiallardan istifadə edərkən istinad olunmalıdır

 

Keçidlər