Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab rayonunda heyvandarlıq sürətli inkişaf yolundadır

29 yanvar 2019 | 16:00

Rayоn üzrə iqtisadiyyatın bütün sahələrində olduğu kimi kənd təsərrüfatı sahəsinin də  davamlı inkişafı təmin оlunmuşdur. Hazırda rayonda əhalinin heyvandarlıq məhsullarına olan tələbatını daxili istehsal hesabına ödəmək məqsədi ilə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Bu məqsədlə sahibkarlara lizinq yolu ilə güzəştli şərtlərlə yüksək məhsuldar damazlıq heyvan satılması işi davam etdirilir və heyvanlar arasında aparılan süni mayalanma tədbirləri genişləndirilir. Rayonda əvvəlki illərə nisbətən heyvandarlığın inkişaf səviyyəsi artıb. Bu səbəbdən ət, süd, yumurta istehsalının həcmi də ötən dövrlərlə müqayisədə daha çox olub.  Hazırda rayonda (01 yanvar 2019-cu il vəziyyətinə) 54724 baş iri buynuzlu, 113707 baş xırda buynuzlu heyvan var. 01 yanvar 2019-cu il tarixə ət istehsalı 43749 sentner, süd istehsalı 319570 sentner, yumurta istehsalı 8076 min ədəd, yun istehsalı 1793 sentner olub. Ötən ilin müvafiq dövrünə nisbətən ət istehsalı 5 sentner, süd istehsalı 133 sentner, yumurta istehsalı  1 min ədəd, yun istehsalı 7 sentner artmışdır.
Cins maldarlığın inkişaf etdirilməsi istiqamətində rayonda mühüm tədbirlər həyata keçirilmişdir. Mal-qaranın cins tərkibini yaxşılaşdırmaq məqsədilə rayonda süni mayalama məntəqələri yaradılmışdır. 2018-ci ildə 2550 baş inək və düyələrdə süni mayalanma aparılmış, 1577 baş sağlam bala alınmışdır ki, bunun da maldarlığın inkişafına böyük təsiri olub. Mal qaranın yemə olan tələbatını ödəmək məqsədi ilə 2018-ci il ərzində 19498 hektar yonca sahəsindən 125603 ton quru ot istehsal olunmuşdur.

© Materiallardan istifadə edərkən istinad olunmalıdır.

Zərdab Rayon Statistika İdarəsi

Keçidlər