Şriftin ölçüsü :

Saytın rəngi :

2018-ci ildə Zərdab rayonu iqtisadiyyatında işləyənlərin sayı və əməkhaqqı barədə

04 fevral 2019 | 16:00

2019-cu il yanvarın 1-i vəziyyətinə rayon iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,0 faiz artaraq 6247 nəfər olmuş, onlardan 4584 nəfəri və ya 73,4 faizi iqtisadiyyatın dövlət sektorunda, 1663 nəfəri və ya 26,6 faizi isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.
Muzdla işləyənlərin 34,8 faizi təhsil, 19,5 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 9,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,9 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 7,1 faizi sənaye, 2,1 faizi tikinti, 1,1 faizi informasiya və rabitə, 0,9 faizi peşə, elmi və texniki fəaliyyət, 0,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 0,2 faizi maliyyə və sığorta fəaliyyəti, 7,2 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.
2018-ci ildə rayon iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,3 faiz artaraq 261,6 manat olmuşdur. İqtisadiyyatın maliyyə və sığorta fəaliyyəti, elektrik enerjisi, qaz istehsalı, bölüşdürülməsi və təchizatı, peşə, elmi və texniki fəaliyyət sahələrində orta aylıq nominal əmək haqqı rayon üzrə orta göstəricidən yüksək olmuşdur.

© Materiallardan istifadə edərkən istinad olunmalıdır.


Zərdab Rayon Statistika İdarəsi

Keçidlər