Şriftin ölçüsü :

Saytın rəngi :

2018-ci ildə pərakəndə ticarət dövriyyəsi 3,9 faiz artıb

13 fevral 2019 | 16:00

2018-ci ilin yanvar-dekabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 3,9 faiz üstələyərək 81839.8 min manat olmuşdur. Ticarət dövriyyəsinin 45898.3 min manatını (56.1%) ərzaq məhsulları, 35941.5 min manatını (43.9%) qeyri-ərzaq məhsulları təşkil etmişdir.
Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 53,8 faizi ərzaq məhsullarının, 5,4 faizi içkilər və tütün məmulatlarının, 8,4 faizi toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 5,3 faizi elektrik mallarının, 4,9 faizi avtomobil yanacağının, 1,6 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi mebellərin, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 19,0 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.
2018-ci ilin yanvar-dekabr aylarında istehlak məhsullarının 8,0 faizi hüquqi şəxs statuslu müəssisələr, 92,0 faizi fiziki şəxslər tərəfindən satılmışdır. Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 116.3 manat və ya 2017-cı ilin müvafiq göstəricisindən nominal ifadədə 3.4 manat çox olmuşdur.

© Materiallardan istifadə edərkən istinad olunmalıdır.

Zərdab Rayon Statistika İdarəsi

Keçidlər