Şriftin ölçüsü :

Saytın rəngi :

Əhaliyə göstərilən ödənişli xidmətlər haqqında

14 fevral 2019 | 16:00

2018-ci ilin yanvar-dekabr aylarında Zərdab rayonu üzrə əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi həcmi 15937,0 min manat olmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 435,0 min manat və ya 2,8% artmışdır. Xidmətlərin 23,5 faizi hüquqi şəxslər, 76,5 faizi isə fiziki şəxslər tərəfindən yerinə yetirilmişdir.
Əhaliyə göstərilən ödənişli xidmətlərdən ümumi həcmdə məişət xidməti 1806,0 min manat olmaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6%, iaşə dövriyyəsinin həcmi 2511,0 min manat olmaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,1% artmışdır.
Əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi həcmindən hüquqi şəxslər tərəfindən göstərilən xidmətlər 3752,4 min manat (97,4 faiz dövlət mülkiyyəti, 2,6 faiz qeyri dövlət mülkiyyəti) olmuşdur. Hüquqi şəxslər tərəfindən göstərilən xidmətlərin 3653,8 min manatı iri müəssisələrin, 98,6 min manatı isə kiçik müəssisələrin payına düşür.

© Materiallardan istifadə edərkən istinad olunmalıdır.

Zərdab Rayon Statistika İdarəsi

Keçidlər