Şriftin ölçüsü :

Saytın rəngi :

31 Mart – Azərbaycanlıların soyqırımı günü ilə bağlı Zərdabda anım mərasimi keçirilib

31 mart 2019 | 16:00

Respublikanın hər bir regionunda olduğu kimi, Zərdab rayonunda da 31 Mart – Azərbaycanlıların soyqırımı günü ilə bağlı müxtəlif  tədbirlər hazırlanıb həyata keçirilib.
31 mart 2019-cu il tarixdə rayon rəhbərliyi, əmək kollektivlərinin üzvləri və ictimaiyyət nümayəndələri Şəhidlərin xatirə parkını ziyarət edərək onların xatirəsinə ucaldılmış komplekslərin önünə gül dəstələri düzüblər. Rayon rəhbərliyi və mərasim iştirakçıları Azərbaycanlıların soyqırımına həsr olunmuş divar qəzetləri, əl işləri və kitab sərgisi ilə tanış olublar.
Anım mərasiminin rəsmi hissəsində Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev geniş nitq söyləyib, ermənilərin məkrli işğalçılıq siyasəti və bu siyasət nəticəsində xalqımıza qarşı həyata keçirilən qətliamlardan danışıb. Bildirib ki, məhz Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra  ermənilərin digər cinayət aktları kimi bu hadisələrə də düzgün hüquqi-siyasi qiymət verilib. Ümummilli liderin 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Hazırda Ümummilli liderimiz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Respublika Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev torpaqlarımızın erməni işğalından azad olunması üçün böyük işlər görməklə, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə çalışır.

© Materiallardan istifadə edərkən istinad olunmalıdır.

Keçidlər