Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatı Gənclər birliyinin V hesabat-seçki konfransı keçirilmişdir

12 aprel 2019 | 16:00

12 aprel 2019-cu il tarixdə Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatı Gənclər birliyinin V konfransı keçirilmişdir.
Konfrans iştirakçıları əvvəlcə Heydər Əliyev parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.
Konfransın rəsmi hissəsi Zərdab Rayon İcra Hakimiyyətinin iclas zalında davam etdirilmişdir. 61 ərazi ilk partiya təşkilatından seçilmiş 300 nəfər nümayəndənin 268 nəfəri konfransın işinə qatılmışdır.
Konfransın işində eyni zamanda Zərdab Rayon İcra Hakimiyyətinin başçısı, YAP Zərdab rayon təşkilatının şura üzvü, iqtisadiyyat üzrə fəlsəfə doktoru Lütvəli Babayev, YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov, millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini, filiologiya elmlər doktoru, professor Jalə Əliyeva, 90 saylı Ağdaş Seçki Dairəsi  üzrə Azərbaycan Respublikasının  Milli Məclisinin  deputatı, YAP Nəzarət Təftiş Komissiyasının üzvü Cavid Osmanov da iştirak etmişdir.
YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova konfransı açıq elan etdikdən sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir. Daha sonra Pərvin Mahmudova konfransın gündəliyi haqqında məlumat vermişdir.
Gündəliyə əsasən YAP Zərdab rayon təşkilatı Gənclər Birliyinin sədri Ələkbər Kərimovun hesabatı dinlənilmişdir. Ə.Kərimov öz çıxışında rayon təşkilatının ötən konfransdan sonrakı dövr ərzindəki fəaliyyəti barədə məlumat vermişdir. Daha sonra partiyanın gənc üzvləri Rəmzi Şirinov, Nərmin Babaşova, Vəfadar İbrahimzadə çıxış edərək, partiyanın yaranma tarixi, Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı və dövlət gənclər siyasətinin uğurları, bugünkü gündə gəncləri düşündürən və eyni zamanda onları narahat edən məsələlər barədə məlumat veriblər.
Konfransda təşkilati məsələlərə də baxılıb. YAP Gənclər birliyinin 17 nəfərdən ibarət şurası, 11 nəfərdən ibarət idarə heyəti seçilib. Gizli səsvermə yolu ilə Yarməmmədbağı kənd tam orta məktəbinin müəllimi Rəmzi Şirinov YAP Zərdab rayon təşkilatın Gənclər Birliyinin yeni sədri seçilib. Nərmin Babaşova və Vəfadar İbrahimzadə sədrin müavinləri seçiliblər.
YAP Zərdab rayon təşkilatı Gənclər Birliyinin sədri Rəmzi Şirinov və Nərmin Babaşova YAP Gənclər Birliyinin Bakıda keçiriləcək V  konfransına nümayəndə seçiliblər.
Daha sonra toplantıda çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov, Milli Məclisin deputatları Jalə Əliyeva və Cavid Osmanov Azərbaycan dövlətinin gənclərə göstərdiyi yüksək diqqət və qayğıdan, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni, eləcə də idman həyatında gənclərin uğurlarından danışıblar. Çıxışlarda həmçinin Zərdab rayon gənclərinin ölkəmizin də ictimai həyatında fəal iştirakından danışılıb, bu baxımdan Gənclər Birliyi üzvlərinin rolu yüksək qiymətləndirilib.
Konfransda çıxış edən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev partiyanın yaranma tarixi, onun keçdiyi şərəfli yol, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin respublikamızın hərtərəfli və sürətli  inkişafı naminə həyata keçirdiyi çoxşaxəli və innovativ islahatlar barədə geniş məlumat verib.
Yekunda Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunmuş bir qrup gəncə partiya vəsiqələri təqdim olunmuşdur.

© Materiallardan istifadə edərkən istinad olunmalıdır.

Keçidlər