Zərdabın 42 yaşayış məntəqəsindən 24-də əhalinin tibbi müayinəsi başa çatıb
Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə respublikamızın hər yerində, o cümlədən Zərdab rayonunda əhalinin kütləvi tibbi müayinəsi davam edir və artıq rayonda 42 yaşayış məntəqəsindən 24-də bu humanist aksiya başa çatıb.
Rayon mərkəzi xəstəxanasından bildirilib ki, aksiya çərçivəsində 18 və yuxarı yaşda olan 35 min 886 nəfər tibbi müayinədən keçməlidir. İndiyədək bu humanist aksiyadan 21 min 579 nəfər yararlanıb. Onlardan 542 nəfər ambulator, 18 nəfər stasionar müalicəyə cəlb edilib, 12 nəfərin üzərində cərrahiyyə əməliyyatı aparılıb. 15 nəfər isə ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilib.
Tibb müəssisələrinə gəlmək imkanı olmayan ahıl və xəstə insanların müayinəsi xüsusi səyyar briqada tərəfindən evlərdə aparılır.
© Materiallardan istifadə edərkən istinad olunmalıdır