Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda heyvandarlıq sürətli inkişaf yolundadır

22 aprel 2019 | 16:00

Rayоn üzrə iqtisadiyyatın bütün sahələrində olduğu kimi kənd təsərrüfatı sahəsinin də  davamlı inkişafı təmin оlunmuşdur. Hazırda əhalinin heyvandarlıq məhsullarına olan tələbatını daxili istehsal hesabına ödəmək məqsədi ilə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Bu məqsədlə sahibkarlara lizinq yolu ilə güzəştli şərtlərlə yüksək məhsuldar damazlıq heyvan satılması işi davam etdirilir və heyvanlar arasında aparılan süni mayalanma tədbirləri genişləndirilir. Rayonda əvvəlki illərə nisbətən heyvandarlığın inkişaf səviyyəsi artıb. Bu səbəbdən ət, süd, yumurta istehsalının həcmi də ötən dövrlərlə müqayisədə daha çox olub.  Hazırda rayonda (01 aprel 2019-cu il vəziyyətinə) 54724 baş iri buynuzlu, 113760 baş xırda buynuzlu heyvan var. 01 aprel 2019-cu il tarixə ət istehsalı 10819 sentner, süd istehsalı 64506 sentner, yumurta istehsalı 2027 min ədəd olub. Ötən ilin müvafiq dövrünə nisbətən ət istehsalı 7 sentner, süd istehsalı 9 sentner, yumurta istehsalı  1 min ədəd artmışdır.
Cins maldarlığın inkişaf etdirilməsi istiqamətində rayonda mühüm tədbirlər həyata keçirilmişdir. Mal-qaranın cins tərkibini yaxşılaşdırmaq məqsədilə rayonda süni mayalama məntəqələri yaradılmışdır. 2019 cu ilin yanvar-mart aylarında 965 baş inək və düyələrdə süni mayalanma aparılmış, 434 baş sağlam bala alınmışdır ki, bunun da maldarlığın inkişafına böyük təsiri olmuşdur.

© Materiallardan istifadə edərkən istinad olunmalıdır

Zərdab Rayon Statistika İdarəsi

Keçidlər