Şriftin ölçüsü :

Saytın rəngi :

2019-cu ilin 3 ayında pərakəndə ticarət dövriyyəsi 3,0 % artıb

23 aprel 2019 | 16:00

2019-cu ilin 3 ayında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 3,0 faiz üstələyərək 21950.0 min manat olmuşdur. Ticarət dövriyyəsinin 12790.0 min manatını (58,3%) ərzaq məhsulları, 9160.0 min manatını (41,7%) qeyri-ərzaq məhsulları təşkil etmişdir.
Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 53,6 faizi ərzaq məhsullarının, 4,7 faizi içkilər və tütün məmulatlarının, 8,7 faizi toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 5,4 faizi elektrik mallarının, 4,9 faizi avtomobil yanacağının, 1,6 faizi əczaçılıq və tibbi malların, 0,9 faizi mebellərin, 0,9 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 19,3 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.
2019-cu ilin 3 ayında istehlak məhsullarının 7,8 faizi hüquqi şəxs statuslu müəssisələr, 92,2 faizi fiziki şəxslər tərəfindən satılmışdır. Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 124,3 manat və ya 2018-ci ilin müvafiq göstəricisindən nominal ifadədə 2,5 manat çox olmuşdur.

© Materiallardan istifadə edərkən istinad olunmalıdır

Zərdab Rayon Statistika İdarəsi

Keçidlər