Şriftin ölçüsü :

Saytın rəngi :

Əhaliyə göstərilən ödənişli xidmətlər artıb

24 aprel 2019 | 16:00

2019-cu ilin yanvar-mart aylarında Zərdab rayonu üzrə əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi həcmi 3723,0 min manat olmaqla keçən ilin müvafiq dövrü ilə müqayisədə 133,0 min manat və ya 3,7% artmışdır. Xidmətlərin 30,7 faizi hüquqi şəxslər, 69,3 faizi isə fiziki şəxslər tərəfindən yerinə yetirilmişdir.
Əhaliyə göstərilən ödənişli xidmətlərdən ümumi həcmdə məişət xidməti 489,5 min manat olmaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,0%, iaşə dövriyyəsinin həcmi 442,5 min manat olmaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1% artmışdır.
Əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi həcmindən hüquqi şəxslər tərəfindən göstərilən xidmətlər 1141,3 min manat (98,3 faiz dövlət mülkiyyəti, 1,7 faiz qeyri dövlət mülkiyyəti) olmuşdur.  Hüquqi şəxslər tərəfindən göstərilən xidmətlərin 1119,6 min manatı iri müəssisələrin, 21,7 min manatı isə kiçik müəssisələrin payına düşür.

© Materiallardan istifadə edərkən istinad olunmalıdır

Zərdab Rayon Statistika İdarəsi

Keçidlər