Şriftin ölçüsü :

Saytın rəngi :

Cari ilin 3 ayında sənaye istehsalı 21,4 % artıb

26 aprel 2019 | 16:00

Cari ilin 3 ayında sənaye sahəsində məhsul istehsalı və xidmətlərin göstərilməsi  keçən ilin müvafiq dövrü ilə müqayisədə 21,4 faiz artaraq 1412.7 min manat olmuşdur.
Malların istehsalı və хidmətlərin göstərilməsinin həcmi qida məhsullarının istehsalı sahəsində 5,1 faiz, elektrik enerjisinin bölüşdürülməsi və satışı sahəsində 58,4 faiz, təbii qazın bölüşdürülməsi və satışı sahəsində 19,4 faiz, suyun yığılması və paylanması sahəsində 2,1 faiz, tullantıların yığılması və məhv edilməsi sahəsində görülən işin həcmi 0,1 faiz, fiziki şəxslərdə isə bu göstərici 14,9 faiz təşkil etmişdir.
Sənaye sahəsində yüklənmiş mallar, görülən işlər, göstərilmiş xidmətlərin həcmi əsasən elektrik enerjisi, təbii qazın bölüşdürülməsi və satışı sahələri üzrə artmışdır. Sənayedə qeyri-dövlət sektorunun хüsusi çəkisi 20,1faiz, dövlət sektorunun хüsusi çəkisi isə 79,9 faiz оlmuşdur.
2019-cu ilin 3 ayı ərzində sənaye sahəsində çalışan işçilərin оrta sayı 295 nəfər olmaqla оrta aylıq əmək haqqı 333,6 manat  olmuşdur. Sənaye sahəsi üzrə çalışanların 38,3 faiz elektrik enerjisi və qazın istehsalı və bölüşdürülməsi sahəsində, 58,0 faizi su təchizatı, tullantıların təmizlənməsi sahəsində, 3,7 faizi emal sənayesində çalışanlardır.

© Materiallardan istifadə edərkən istinad olunmalıdır

Zərdab Rayon Statistika İdarəsi

Keçidlər