ZƏRDABDA ÇERNOBIL ƏLİLLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLDİ
26 aprel 2019-cu il tarixdə Zərdab rayonunda Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak etmiş rayon sakinləri ilə görüş keçirilmişdir.
Görüşdə Zərdab Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəhman Feyzullayev çıxış edərək hadisənin yaratdığı fəsadlardan söhbət açmışdır.
Qeyd olunmuşdur ki, Azərbaycan dövləti möhtərəm Prezidentimiz cənab İlham Əliyevin məqsədyönlü rəhbərliyi sayəsində gündən-günə inkişaf edir, qüdrətlənir və sözsüz ki, dövlətimizin maliyyə imkanları artdıqca əhalinin sosial müdafiəsi tədbirləri də genişlənir. Bu tədbirlərdə Çernobıl iştirakçıları o cümlədən də Zərdab rayonunda yaşayan, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak etmiş insanlar da unudulmurlar.
Tədbirin sonunda görüş iştirakçılarına yardımlar edilmişdir.
Çernobıl əlilləri çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıq etmişlər.
© Materiallardan istifadə edərkən istinad olunmalıdır