Zərdabda kümçülərə barama qurdu toxumu paylanılıb
Zərdab rayonunda 2016-cı ildə 5710 kq, 2017-ci ildə 27 ton 55 kq, 2018-ci ildə 55 ton 880 kiloqram barama tədarük olunub. Bu sahədə rayon üzrə proqnoz tapşırığa artıqlaması ilə əməl edilməklə respublikada ən yüksək göstəriciyə nail olunub. Ötən il barama qurdunun bəslənməsində 2000 nəfər rayon sakini çalışıb, təhvil verilmiş baramaya görə isə kümçülər 495 min manat vəsait alıblar. Barama istehsalçıları ilə mütamadi maarifləndirici görüşlərin keçirilməsi, mütəxəssis məsləhətlərinin verilməsi, ən yüksək nəticə əldə etmiş kümçülərin dövlət səviyyəsində ruhlandırılması ilbəil uğurları daha da artırır. Zərdablılar bu il də baramaçılıq sahəsində ölkə birinciliyini qorumaq əzmindədirlər. Bu məqsədlə 760 ailə “Şəki İpək” ASC-dən gətirilən 1750 qutu ipək qurdunu təhvil alıblar. Zərdablı kümçülər 2019-cu təsərrüfat ilində 70 ton barama tədarük etməyi qarşılarına məqsəd qoyublar.
© Materiallardan istifadə edərkən istinad olunmalıdır