Şriftin ölçüsü :

Saytın rəngi :

Gödəkqobu kəndində Zərdab Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulu keçirilib

17 may 2019 | 16:00

Zərdab rayonunun Gödəkqobu kəndində Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulu keçirilmişdir.
Qəbulda çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev son illər ölkəmizdə, o cümlədən rayonumuzda görülən işlər barədə görüş iştirakçılarına ətraflı məlumat vermişdir.
Natiq həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi istiqamətində imzaladığı fərman və sərəncamlar barədə iştirakçılara məlumat vermiş, keçirilən müşavirələrdə ölkə Prezidentinin nitqlərindən irəli gələn vəzifələr və digər məsələləri onların diqqətinə çatdırmışdır.
Çıxış edən kənd sakinləri görülən işlərə görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirməklə onları narahat edən məsələlərin həllinə köməklik göstərilməsini xahiş etmişlər.
İrəli sürülən təkliflər və qaldırılan məsələlərin həlli ilə bağlı yerli icra və bələdiyyə orqanlarına, əlaqədar təşkilat rəhbərlərinə icra başçısı tərəfindən müvafiq tapşırıqlar verilmişdir.
Səyyar qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sektor müdiri Əlibaba Əliyev də iştirak etmişdir.

© Materiallardan istifadə edərkən istinad olunmalıdır

Keçidlər