ZƏRDABDA QADINLAR BAYRAMI QEYD EDİLDİ
6 mart 2013-cü il tarixdə Zərdab rayonunda Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təntənəli yığıncaq keçirilmişdir. Yığıncaqda rayonun qadın ictimaiyyətinin 200 nəfərə qədər nümayəndəsi iştirak etmişdir.
Toplantıda çıxış edən Rayon İcra hakimiyyətinin başçısı, iqtisad elmləri namizədi cənab L.B.Babayev 8 mart qadınlar bayramı münasibətilə iştirakçıları və onların şəxsində rayonun bütün qadınlarını təbrik etmişdir. Natiq son illər ölkəmizdə və rayonumuzda qadınlara göstərilən yüksək diqqət və qayğıdan danışmış, onların ictimai-siyasi fəallığını, rayonun sosial-iqtisadi və mədəni həyatında rolunu yüksək dəyərləndirmişdir.
Tədbirdə fəal qadınların bir qrupuna qiymətli hədiyyələr verilmişdir.
Yığıncaqda çıxış edən Hüseynxanlı kənd ümumi orta məktəbin direktoru Məkkə Həmidova, Şuşa şəhərindən məcburi köçkün Sitarə Əliyeva, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Pərvin Mahmudova qadınlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıq etmiş və 2013-cü ilin Prezident seçkilərində xalqımızın ən layiqli namizədini dəstəkləyəcəklərini bəyan etmişlər.