Şriftin ölçüsü :

Saytın rəngi :

ZƏRDABDA DÖVLƏT QULLUQÇULARININ PEŞƏ BAYRAMI QEYD OLUNUB

22 iyun 2019 | 16:00

22 iyun 2019-cu il tarixdə Zərdab rayonunda Dövlət Qulluqçularının peşə bayramı günü qeyd edilmişdir. Zərdab rayonunun idarə, müəssisə və təşkilatlarında çalışan dövlət qulluqçuları ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar. Dövlət qulluqçularının peşə bayramı münasibətilə təşkil olunan toplantıda Zərdab Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Rəhman Feyzullayev çıxış edərək iştirakçıları peşə bayramı münasibətilə təbrik etmişdir. Natiq qeyd etmişdir ki, dövlət qulluqçularının peşə bayramlarının təsis edilməsi mühüm hadisə olmaqla, bu sahədə çalışan insanların cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatındakı müstəsna roluna verilən yüksək qiymətdir. Azərbaycanın dövlətçilik tarixində böyük rolu olan Ümummilli liderimiz Heydər Əliyev kadr seçimində təkcə ideya-siyasi, intellektual meyarlara deyil, eyni zamanda milli-mənəvi dəyərlərə əsaslanmışdır. Hazırda ölkə Prezidenti cənab İlham Əliyev də kadrların məsuliyyətinə, onların dövlət və ictimaiyyət qarşısında daşıdığı hüquqi, mənəvi öhdəliklər məsələsinə ciddi önəm verir.
Toplantıda bir qrup fəal dövlət qulluqçusuna Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olunmuşdur. Çıxış edən dövlət qulluqçuları onların əməyinə verilən qiymətə görə Dövlətimizin başçısına minnətdarlıq etmişlər.


Zərdab Rayon İcra Hakimiyyəti

Keçidlər