Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Böyük Dəkkə kəndində əhali ilə görüşdü

15 mart 2013 | 16:00

14 mart 2013-cü il tarixdə Zərdab Rayon İcra Hakimiyyətinin Başçısı rayonun Böyük Dəkkə kəndində əhali ilə görüş keçirib. Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev ölkəmizdə və rayonumuzda son illərdə görülən işlər barədə əhalini məlumatlandırıb.
Çıxış edən kənd sakinlərindən Qosdu Qəhrəmanov, Qurban Cəfərov, Hidayət Məmmədov, Təravət Eyvazova və digərləri son illər ölkəmizdə görülən işlərə görə ölkə Prezidentinə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Sakinlər kənd uşaq bağçasının binasının təmiri, yolların təmiri, təbii qaz xəttinin çəkilişi və s. ilə bağlı təkliflər irəli sürüblər.

Keçidlər